Ermənistan Qarabağın Azərbaycanın tərkibində muxtariyyətinə razıdır? - RƏSMİ AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 15-03-2022, 14:23


Rəsmi Yerevan Bakının Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı beş bənddən ibarət təklifinə cavab verib.

CivilAzerbaijan.com
bildirir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, təklif Yerevana martın 10-da verilib.

Təkliflərə gəlincə, hər iki ölkə hələ 1991-ci il dekabrın 8-də “MDB-nin yaradılması haqqında saziş” imzalayıb və ərazi bütövlüyünü, bir-birinə qarşı ərazi iddialarının olmadığını qarşılıqlı şəkildə tanıyıblar, Mirzoyan “Armenpress” agentliyinə bildirib.

“Erməni tərəfi üçün prinsipial və əsas məsələ Qarabağ ermənilərinin hüquq və azadlıqlarına dəqiq zəmanət və Dağlıq Qarabağın statusunun yekun dəqiqləşdirilməsidir. Bizim üçün Dağlıq Qarabağ münaqişəsi ərazi məsələsi deyil, hüquq məsələsidir”, - o qeyd edib.

Mirzoyan əlavə edib ki, Ermənistan tərəfi bu məsələni nəzərə alaraq Azərbaycanın təklifinə cavab verib.

Sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinə toxunan nazir bildirib ki, 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il üçtərəfli bəyanatlarındakı razılaşmalar tam şəkildə həyata keçirilməlidir.

Erməni tərəfi bu razılaşmaların qoşunların qarşılıqlı çıxarılması və beynəlxalq monitorinq mexanizminin tətbiqilə həyata keçirilməsini təklif edib.

Sülh müqaviləsinin bağlanması üzrə danışıqların formatına gəlincə, Ermənistan Xarici İşlər Nazirliyi ATƏT-in Minsk Qrupu həmsədrlərinə müraciət edərək danışıqların Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında təşkil olunmasını xahiş edib”, - Mirzoyan deyib.

Turanın xəbərində qeyd olunur ki, bu bəyanatlardan belə nəticəyə gəlmək olar ki, Yerevan Qarabağı Azərbaycanın tərkibində tanımağa hazırdır, lakin ermənilərə status və təhlükəsizlik zəmanəti verilməsini tələb edir ki, bu da beynəlxalq səviyyədə təsbit olunacaq.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz