DTX Ermənistanın xeyrinə casusluq edən Azərbaycan vətəndaşını HƏBS EDİB

Xəbərin çap versiyası
Tarix: 16-03-2022, 18:26


Azərbaycan vətəndaşı, 1981-ci il təvəllüdlü Məmmədov Emil Ramiz oğlu Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Ermənistana casusluqda şübhəli bilinərək saxlanılıb.

CivilAzerbaijan.com
bildirir ki, DTX-nin məlumatına görə, Emil Məmmədovun Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə düşmən tərəfinə keçməklə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etmək məqsədilə maddi maraq müqabilində üçüncü ölkə ərazisində Ermənistan xüsusi xidmət orqanının əməkdaşları ilə görüşüb məxfi əməkdaşlığa cəlb edilməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna biləcək məlumatların toplanması barədə tapşırıqlar alması, verilmiş tapşırıqların icrası istiqamətində fəaliyyət göstərməsi, Ermənistan xüsusi xidmət orqanının nümayəndələri ilə əlaqələrinin gizliliyinə və konspirasiya tələblərinə dair təlimatlandırıldığı qaydalara riayət etməsinə əsaslı şübhələr müəyyən edilib.

Emil Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb olunaraq məhkəmənin qərarına əsasən həbs edilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Həbs edilmiş şəxsin kimliyi və casusluq fəaliyyətinin təfərrüatı haqqında heç bir məlumat verilmir. Qeyd edək ki, bu, uzun illərdir Azərbaycan vətəndaşının Ermənistanın xeyrinə casusluq etdiyi ilk hadisədir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər
{sape_links}{sape_article}



Facebook səhifəmiz