Azərbaycanlı siyasi mühacirə Fransada silahlı hücum olub
Tarix: 17-03-2022, 20:11
Martın 15-də AND Avropada azərbaycanlı siyasi mühacirlər təşkilatının üzvü Elnur Məsimova Fransanın Tuluza şəhərində silahlı hücum olub.
CivilAzerbaijan.com bildirir ki, AND rəhbəri, jurnalist Qənimət Zahidin Turan-a verdiyi məlumata görə, Məsimov öz avtomobilində dostu ilə birlikdə gedərkən silahlı hücuma məruz qalıb.
4 nəfərin olduğu başqa bir avtomobil onların yolunu kəsib. Məsimova atəş açıblar və o, dizindən yaralanıb.
Məsimovun dostunun isə ürəyinə bıçaq zərbəsi endiriblər, hazırda reanimasiyadadır.
Məsimov əməliyyat olunub və artıq xəstəxanadan evə buraxılıb.
AND rəhbərliyi hesab edir ki, hücum "şəxsi motivli” deyil, "sifariş”dir.
"Hücum edənlərin şəxsiyyəti məlum deyil. Bu, qaranlıq vaxtda baş verib və hücum edənlərin üzlərini görmək mümkün olmayıb. Başlarında "çeçenka” papaqlar olub. Heç bir dildə danışmayıblar", - Zahid bildirib.
Onun sözlərinə görə, Azərbaycanda polisdən Məsimovun ailə üzvlərinə dəfələrlə xəbərdarlıq ediblər ki, o, Fransada Azərbaycan hakimiyyətinə qarşı müxalifətçilik fəaliyyətinə son qoysun.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər