Dövlət Təhlükəsizliyi Xidməti dini radikalizmdə şübhəli bilinən şəxsi həbs edib - FOTO

Xəbərin çap versiyası
Tarix: 12-05-2022, 17:26


Dini düşmənçilik və dini radikalizmdə ittiham olunan Azərbaycan vətəndaşı həbs olunub.

Civilazerbaijan.com
bildirir ki, bu barədə məıumatı mayın 12-də DTX yayıb.

Qurumun məlumatına görə, araşdırmalar nəticəsində 33 yaşlı Azərbaycan vətəndaşı, Şıxıyev Bəxtiyarın ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində aparılan silahlı münaqişələrdə iştirakı müəyyən olunub. ”Onun müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının Rifil-muhandis qəsəbəsində xüsusi hazırlıq düşərgəsində təlimlər keçməsinə, müxtəlif odlu silahlardan istifadə qaydalarına yiyələnərək “Cundul Şam” adlı qanunsuz silahlı dəstənin fəaliyyətində iştirakına əsaslı şübhələr müəyyən edilib”, - deyə, DTX vurğulayıb.

DTX-də başlanılmış cinayət işi üzrə Bəxtiyar Şıxıyev şübhəli şəxs qismində saxlanılaraq Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlıC münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratma, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə məsuliyyətinə cəlb olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.



civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər
{sape_links}{sape_article}



Facebook səhifəmiz