Bakıda etiraz aksiyası: saxlanılanlar var - SİYAHI VƏ FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 14-05-2022, 19:16


Mayın 14-də bir qrup ictimai fəal və jurnalist Fəvvarələr Meydanında etiraz aksiyası keçirib. Onlar ölkədə son vaxtlar jurnalist və ictimai fəallara qarşı törədilmiş cinayətlərə, artan zorakılığa və cəzasızlığa etiraz etdiklərini bildiriblər.

Civilazerbaijan.com
bildirir ki, aksiyada “Kriminal dövlət istəmirik”, “Öldürmə ədaləti, dayandır cinayəti” kimi şüarlar səsləndirilib.

Yürüş iştirakçılarının qətnaməsində ictimai fəallara, müxalifətçilərə və jurnalsitələrə qarşı cinayətlər pislənib.

Təşkilatçılar rəsmi qurumlarla razılaşdırılmayan aksiyada 20-dən çox şəxsin polis tərəfindən saxlanıldığını deyirlər.

Saxlanılanların bunlar olduğu deyilir: Kamran Məmmədli, Cavid Nəbiyev, Emin Xəlilli,Nurlan Libre, Novruz Əliyev, Samir Sultanov, Afiəddin Məmmədov, Əhməd Məmmədli, Səməd Səmədov, Samir Axundzadə, Elnur Abbasov, Rüstəm İsmayılbəyli, Zakir Bayramov, Mehman Hüseynov, Ülvi Həsənli, Fuad Əhmədli, Əziz Məmiyev, Alı Alızadə, Fuad Əhmədli, Tofiq Yaqublu, Babək Həsənov, İlkin Rüstəmzadə, Əmrah Təhmə.

Toplum TV-nin məlumatında qeyd olunur ki, Daxili İşlər Nazirliyindən bildirilib ki, aksiyada heç bir insident qeydə alınmayıb, saxlanılan olmayıb.































civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz