Sergey Lavrov Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh müqaviləsindən danışıb

Xəbərin çap versiyası
Tarix: 9-06-2022, 14:10


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfəri çərçivəsində həmkarı Ararat Mirzoyanla iyunun 9-da birgə mətbuat konfransı keçirib.

Civilazerbaijan.com
bildirir ki, Lavrov açıqlamaları zamanı deyib ki, Rusiya sülh müqaviləsinin bağlanması üçün Bakı və Yerevana kömək etməyə hazır olduğunu bir daha təsdiq edir.

O həmçinin bildirib ki, Qarabağla bağlı üçtərəfli bəyanatlar “yol xəritəsi”dir və hamı bunları əldə rəhbər tutmalıdır.

Lavrov iki ölkə arasında delimitasiya danışıqlarına da toxunub: "Moskvada Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası planlaşdırılır, biz kartoqrafik materialların təqdimatı daxil olmaqla, məsləhətçi kimi yardım göstərməyə hazırıq".

Diplomat Rusiya Federasiyasının Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini alqışladığını və bunun regionda vəziyyətin yaxşılaşmasına töhfə verə biləcəyini vurğulayıb, Toplum TV-nin məlumatında qeyd olunur.

Rusiya XİN başçısının Ermənistana rəsmi səfəri iyunun 8-də başlayıb. İyunun 10-da o, Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz