Baş Prokurorluq Gennadi Burbulisin ölümü ilə bağlı araşdırma aparır
Tarix: 20-06-2022, 16:04
Rusiya Federasiyasının keçmiş dövlət katibi və baş nazirin birinci müavini Gennadi Burbulisin iyunun 19-da Bakıda vəfat etməsi ilə əlaqədar Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsində təhqiqat başlayıb.
Civilazerbaijan.com bildirir ki, bu barədə Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətindən Burbulisin ölümü ilə bağlı sorğuya cavabda məlumat veriblər.
Öz növbəsində, Rusiya səfirliyi Burbulisin doğmalarına və yaxınlarına başsağlığı verib. "Konsulluq xidmətimizin işçiləri ailə üzvlərinə lazımi yardımı göstərirlər", deyə səfirliyin mətbuat xidmətinin rəhbəri Alina Zolotareva Turan Agentliyinə bildirib.
Qeyd edək ki, Burbulis Bakı Qlobal Forumunun qonağı qismində Azərbaycanda səfərdə idi. Bununla əlaqədar hakimiyyət mərhumun cəsədinin Moskvaya göndərilməsinə kömək edir.
O, bazar günü günün ikinci yarısında 5 ulduzlu otelin saunasında vəfat edib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər