“Tezliklə..." - Armen Qriqoryandan Azərbaycan-Ermənistan sülh sazişi ilə bağlı AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 12-07-2022, 13:35


"Rəsmi İrəvan yaxın gələcəkdə Bakı ilə sülh sazişi ətrafında danışıqlar aparmağa ümid edir”.

Civilazerbaijan.com
bildirir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.

"Vəziyyəti dalana dirənmiş adlandırmazdım. Sərhədin delimitasiyası və təhlükəsizliyi üzrə komissiya Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinləri səviyyəsində ilk iclasını keçirib, növbəti görüşlər Moskva və Brüsseldə keçirilməlidir. Ümid edirik ki, razılıq əldə olunacaq və yaxın vaxtlarda görüş baş tutacaq”, - deyə Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib.

Qriqoryan qeyd edib ki, hazırda onun Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşünə hazırlıq müzakirə olunur.

"Biz həmçinin ümid edirik ki, tezliklə sülh sazişini müzakirə etmək üçün əsaslı görüşlər olacaq və biz irəliyə gedəcəyik. İki ölkənin Xarici İşlər Nazirlikləri bu istiqamətdə iş aparır”.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz