Raul geri döndü

Xəbərin çap versiyası
Tarix: 9-04-2017, 02:00
Raul geri döndü


"Real"ın canlı əfsanəsi Raul Qonzales Madrid klubuna qayıdıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, veteran hücumçu klub prezidenti Florentino Peresin köməkçisi olacaq. O, artıq müqavilə imzalamaq üçün Madridə gedib.

Qeyd edək ki, Raul həm də ABŞ-da İspaniya Peşəkar Futbol Liqasının səfidir.

Əlavə edək ki, 1994-2010-cu illərdə "Real"da çıxış edən İspaniya millisinin sabiq üzvü “kral klubu”nd 741 oyuna 323 qol vurub.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz