Ermənistandan Laçın dəhlizində döyüşlərin getməsi haqqında MƏLUMAT - YENİLƏNİB
Tarix: 3-08-2022, 16:52
Avqustun 3-də günorta saatlarında Qarabağın Mardakert (Ağdərə), Əsgəran və Şuşa rayonlarında döyüş əməliyyatları davam edib.
Civilazerbaijan.com bildirir ki, bu barədə Ermənistan mənbələri məlumat yayıb. Onların saat 16-ya olan məlumatına görə, Ermənistan tərəfdən üç nəfər ölü və 10-a yaxın yaralı var.
Ermənilər iddia edirlər ki, Azərbaycan SQ-nin diversiya qrupları Laçın dəhlizi boyunca bir neçə yüksəkliyi ələ keçirib, həmçinin Drmbon və Badara kəndləri yaxınlığındakı hərbi hissələrə hücum edib.
Turanın məlumatına görə, elə həmin mənbələrin məlumatına görə, Azərbaycan tərəfi zərbəçi PUA-lardan və minaatanlardan istifadə edir.
Saat 16:30-a olan vəziyyətə görə, Azərbaycan tərəfi hələlik bu məlumatları şərh etməyib.
***
03 avqust 2022. 16:52:43
Avqustun 3-də səhər saatlarında Şuşa rayonunun Sarıbaba (Yextsaoq) kəndi yaxınlığında döyüş başlayıb.
Civilazerbaijan.com bildirir ki, bu barədə çərşənbə günü gündüz Ermənistan KİV-ləri məlumat yayıb.
Onların iddiasına görə, Azərbaycan bölmələri kənd üzərindəki yüksəkliyi ələ keçiriblər, oradan Laçın və Şuşa arasındakı yola nəzarət olunur. Mənbənin məlumatına görə, Ermənistan tərəfdən yeddi yaralı var.
Turanın xəbərində qeyd olunur ki, Azərbaycanın Müdafiə Nazirliyi hələlik bu məlumatları şərh etmir.
Xatırladaq ki, bu gün səhər bu bölgədə Ermənistan tərəfindən açılan atəş nəticəsində Azərbaycan əsgəri Anar Kazımov həlak olub.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər