Rəsmi Bakı Londonun Azərbaycan səfirliyinə hücum faktına reaksiyasından razı deyil

Xəbərin çap versiyası
Tarix: 16-08-2022, 17:00


Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Qrehem Stüart avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib.

Civilazerbaijan.com
bildirir ki, o, otən gün Azərbaycan səfiri Elin Süleymanovla görüşdən sonra deyib:

“Avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinin təhlükəsizliyilə bağlı ciddi insidentdən sonra mən bu gün səfir Elin Süleymanovla danışdım. Böyük Britaniyanın diplomatik nümayəndəliklərin təhlükəsizliyinə verdiyi önəmi vurğuladım və baş verənlərlə bağlı dərin təəssüf hissi keçirdiyimi bildirdim”.

Eyni zamanda o əlavə edib ki, Böyük Britaniya ifadə azadlığını dəstəkləmək ənənəsinə sadiqdir, lakin bu, dinc və qanuni nümayişlər formasında həyata keçirilməlidir.

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Leyla Abdullayeba Stüartın fikrilərini şərh edərkən deyib ki, Londonda Azərbaycan səfirliyinə qarşı baş verən insident radikal dini qrup üzvləri tərəfindən diplomatik nümayəndəliyə qarşı edilən hücumdur, təxribatdır və bu hadisə diplomatik nümayəndəliyin təhlükəsizliyi məsələsini ciddi şəkildə gündəmə gətirir.

“Diplomatik nümayəndəliklərin, o cümlədən diplomatların təhlükəsizliyi beynəlxalq öhdəliklərə uyğun olaraq ev sahibi ölkəsi tərəfindən təmin edilməlidir. Ona görə də britaniyalı nazirin diplomatik personalın təhlükəsizliyini prioritet hesab etməsi vacibdir.

Stüartın “ifadə azadlığı” anlayışını qeyd etməsinə gəlincə, bunun Azərbaycan səfirliyinə hücumla heç bir əlaqəsi yoxdur.

Radikal dini qrupun qanunsuz hərəkətlərini “azadlıq” kontekstində xatırlatmaq “qədim Qərb demokratiyası” sayılan Böyük Britaniyanın özü üçün ciddi təhlükəsizlik problemləri yarada bilər. Bu cür hərəkətlər azad cəmiyyətin prinsiplərinə uyğun gəlmir.

“Bakı Azərbaycanın Londondakı səfirliyinə qarşı təxribatın ətraflı şəkildə araşdırılacağını və bu təxribatı törədənlərin məsuliyyətə cəlb ediləcəyini gözləyir”, - Leyla Abdullayeva o qeyd edib.

Turanın məlumatında qeyd olunur ki, avqustun 4-də “Mehdinin Xidmətçiləri Birliyi” ekstremist qruplaşması Azərbaycan səfirliyini qısa müddətə ələ keçirib, diplomatik nümayəndəliyin eyvanından ölkənin bayrağını çıxarıb. Binanın içərisi talan edilib.

Polis binanı azad edib və 8 nəfəri saxlayıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz