Baş Prokurorluğun Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının intim videolarıyla bağlı MƏLUMATI

Xəbərin çap versiyası
Tarix: 17-08-2022, 13:01


Baş Prokurorluq Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının intim videolarının necə yayılması məsələsini araşdıracaq.

Civilazerbaijan.com
bildirir ki, bu barədə qurumdan avqustun 17-də verilən məlumatda bildirilib.

"Qeyd edilən və digər oxşar məzmunlu faktlarla bağlı hazırda Baş Prokurorluq tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq araşdırmalara başlanılaraq aidiyyəti dövlət qurumlarına müvafiq sorğular verilməklə zəruri prosessual hərəkətlər yerinə yetirilir. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

Azərbaycan Baş Prokurorluğu bir daha sosial şəbəkə istifadəçiləri və media nümayəndələrinə müraciət edərək, bu qəbildən olan həssas mövzularla bağlı etik və qanunvericilik normalarına riayət edilməsinə, insanların şərəf və ləyaqətini alçaldan ifadələrə yol verməməyə çağırır", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, intim görüntüləri yayılan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin köməkçisi, polkovnik Zaur Mirzəyev bir neçə gün əvvəl vəzifəsindən azad olunub.

Qaynarinfo-nun etibarlı mənbədən əldə etdiyi məlumata görə, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. Nazirin digər əmri ilə dövlət qurumunda etik davranış qaydalarını və prinsiplərini kobud şəkildə pozduğu üçün Zaur Mirzəyevə verilən polkovnik rütbəsi geri alınıb, onun hərəkətlərinə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına təqdimat verilib.

Artıq Zaur Mirzəyevin hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı deyilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz