Bakı sakini faciəvi şəkildə ölüb

Xəbərin çap versiyası
Tarix: 9-04-2017, 04:00
Bakı sakini faciəvi şəkildə ölüb


Bakı sakini faciəvi şəkildə ölüb.

SİVİL.AZ-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin lift boşluğuna yıxılması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 1989-cu il təvəllüdlü Həsənov Nurlan Şahmərdan oğlunun cəsədini lift boşluğundan çıxararaq aidiyyati üzrə təhvil veriblər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz