Azərbaycan səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Tarix: 11-11-2022, 15:00
İranın Xarici İşlər Nazirliyi "anti-İran təbliğatına görə" Azərbaycan səfirini çağırıb.
Civilazerbaijan.com bildirir ki, bu barədə İranın dövlət xəbər agentliyi IRNA məlumat yayıb.
"İran Xarici İşlər Nazirliyi cümə axşamı Azərbaycan Respublikasının Tehrandakı səfirini ölkə rəsmiləri və mediasının İslam Respublikasına qarşı davam edən təbliğat kampaniyasına etiraz etmək üçün quruma dəvət edib.
Nazirlik Azərbaycanın yüksək səviyyəli rəsmilərinin “qeyri-dost ifadələrinə” və ölkənin mediasının İrana qarşı apardığı kampaniyaya kəskin etirazını bildirib, bu cür hərəkətlərə dərhal son qoymağa və onların təkrarlanmasının qarşısını almaq üçün tədbirlər görməyə çağırıb", - deyə məlumatda bildirilib.
IRNA iddia edir ki, görüşdə Azərbaycan səfiri vəziyyətdən təəssüfləndiyini bildirib və İranın etirazını dərhal Bakıdakı hakimiyyət orqanlarına çatdıracağına söz verib, Toplum TV-nin məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər