İran tərəfindən yaradılmış qanunsuz silahlı birləşmənin üzvü Azərbaycana ekstradisiya edilib

Xəbərin çap versiyası
Tarix: 26-12-2022, 13:38


Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti İran xüsusi xidmət orqanlarının yaratdığı qanunsuz silahlı birləşmənin üzvü Taleh Yusifovun (1967-ci ildə anadan olub) Azərbaycana ekstradisiya edildiyini bildirib.

Civilazerbaijan.com
bildirir ki, "Taleh Yusifov beynəlxalq axtarış üzrə qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində saxlanılaraq Azərbaycana ekstradisiya edilib", Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında deyilir.

Onun hansı ölkədən ekstradisiya edildiyi açıqlanmır. Dərc olunmuş fotoya əsasən Yusifovun Azərbaycana təhvil verilməsi Rusiya-Azərbaycan sərhədində (Dağıstan) baş tutub.

Silahlı birləşmənin üzvləri Azərbaycan vətəndaşlarından ibarətdir və onlar müxtəlif dövlətlərin ərazisində terror aktları və təxribatlar törətmək üçün hazırlanır, Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında bildirilir.

Taleh Yusifov Azərbaycan vətəndaşlarını İranda yaradılmış “Hüseyniyun” adlı qanunsuz silahlı qruplaşmaya cəlb etməkdə şübhəli bilinir. O bu işin təşkili və maliyyələşdirilməsilə bağlı gizli iş aparıb və “Təqi” ləqəbilə fəaliyyət göstərib.

2016-cı ildə İrana köçüb və digər şəxslərlə birlikdə Suriyada hərbi təlimlərdə iştirak edib, əməliyyat tədbirləri planlaşdırıb, xarici mütəxəssislərin iştirakı ilə kəşfiyyat işləri aparıb. Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, 2018-ci ildə Gəncənin icra başçısına sui-qəsd cəhdində təqsirli bilinərək “Gəncə işi” üzrə məhkum olunmuş Yunis Səfərov da onların arasında olub.

Taleh Yusifov Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak etmə) maddələrilə məsuliyyətə cəlb edilib. O, beynəlxalq axtarışa verilib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz