Avropa Məhkəməsi Xaçaturyanın işi üzrə Ermənistanın müraciətini rədd edib - SƏBƏB

Xəbərin çap versiyası
Tarix: 30-08-2023, 11:18


Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın Vaqif Xaçaturyanın işi üzrə Azərbaycana qarşı yeni müvəqqəti tədbirin tətbiqi ilə bağlı müraciətini rədd edib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə "Azatutyun Radiosu"-u Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsinə istinadən məlumat yayıb.

Məhkəmə qərarında qeyd edib ki, müvəqqəti tədbirin tətbiqi haqqında 29 sentyabr 2020-ci ildə çıxarılan və həmin il noyabrın 3-də uzadılan qərar qüvvədə qalır və bunun əsasında Azərbaycan öz konvensiya öhdəliklərini yerinə yetirməyi öhdəsinə götürür.

Avropa Məhkəməsi həmçinin Azərbaycana Vaqif Xaçaturyanın ümumi vəziyyəti və davam edən cinayət prosesi barədə məlumat verməyi tapşırıb, Toplum TV-nin məlumatında qeyd olunur.

Azərbaycan tərəfi iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Qarabağdan Ermənistana keçmək istəyən Vaqif Çerkezoviç Xaçaturyanı saxlayıb. Baş prokurorluq onun 1991-ci ildə Xocalı rayonunun Meşəli kəndində baş verən qətliamda əlinin olduğunu bildirir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz