Ermənilər Azərbaycanın Livandakı səfirliyinə hücum ediblər - FOTO

Xəbərin çap versiyası
Tarix: 31-08-2023, 12:35


Avqustun 30-da 50 ermənidən ibarət qrup Azərbaycanın Livandakı səfirliyinə hücum edib.

Civilazerbaijan.com
bildirir ki, hücum edən şəxslər səfirliyin binasına yanacaq qarışığı və boya şüşələri atıblar.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, səfirliyin əməkdaşları xəsarət almayıblar. Polis hadisə yerinə gələndə hücumçular qaçıblar.

Azərbaycan səfirliyi baş verənlərlə bağlı Livan Xarici İşlər Nazirliyinə nota göndərib, Turanın məlumatında qeyd olunur.

Bundan sonra səfirliyin mühafizəsi gücləndirilib, araşdırma aparılır.



civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz