Səhiyyə Nazirliyi Azərbaycanın Qarabağda antiterror əməliyyatında verdiyi itkiləri açıqlayıb
Tarix: 27-09-2023, 13:21
19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub. Şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir.
Civilazerbaijan.com bildirir ki, bu barədə bu gün Azərbaycan Səhiyyə Nazirliyi məlumat yayıb.
11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcək.
Eyni zamanda, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçu və 1 mülki şəxs yaralanıb.
Yaralıların ən qısa zamanda müalicəsi üçün yüksək səviyyəli peşəkar həkim briqadaları fəaliyyət göstərir və bütün zəruri tibbi tədbirlər görülür.
Müdafiə Nazirliyi həlak olanların adbaad siyahısını dərc edib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər