Azərbaycana təslim oluram - DAVİD BABAYAN

Xəbərin çap versiyası
Tarix: 28-09-2023, 12:15


Separatçı “Dağlıq Qarabağ Respublikası”nın keçmiş “xarici işlər naziri” David Babayan Azərbaycan hökumətinə təslim olduğunu açıqlayıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə David Babayan “Facebook” səhifəsində yazıb.

«Hamınız bilirsiniz ki, mən Azərbaycanın qara siyahısındyam və Azərbaycan tərəfi müvafiq araşdırma üçün Bakıya gəlməyimi tələb edib. Mən bu gün Stepanakertdən Şuşaya getməyə qərar verdim. Bu qərar təbii ki, böyük ağrı, narahatlıq və stresə səbəb olacaq, ilk növbədə mənim yaxınlarım üçün, amma əminəm ki, onlar başa düşəcəklər. Mənim getməməyim və ya daha pisi qaçmağım əzabkeş xalqımıza, adamların bir çoxuna ciddi ziyan vuracaq və mən düzgün, zəhmətkeş, vətənpərvər və xristian bir adam kimi buna yol verə bilmərəm”, – deyə o bildirib.

Qeyd edək ki, David Babayan 1973-cü ildə Xankəndidə doğulub.

1989-cu ildə şəhərin 8 saylı rus orta məktəbini bitirib, elə həmin il də Yerevan Xalq Təsərrüfatı İnstitutuna iqtisadiyyatın dövlət tənzimlənməsi ixtisası üzrə daxil olub.

O, 1997-ci ildə Ermənistan Amerika Universitetinin Siyasi Elmlər Fakültəsini bitirib.

D.Babayan 2018-ci ildə Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi alıb.

1998-1999-cu illərdə tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın (DQR) Xarici İşlər Nazirliyinin Siyasi İdarəsinin ikinci katibi vəzifəsində çalışıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz