Casusluqda ittiham olunan İran vətəndaşına hökm oxunub
Tarix: 10-10-2023, 14:58
Oktyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçiririlən prosesdə İran vətəndaşı Astan Babək Soleymana hökm oxunub. Məhkəmə iranlını Azərbaycan Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsilə təqsirli bilərək 12 il azadlıqdan məhrum edib.
Civilazerbaijan.com bildirir ki, bu barədə məhkəmədən məlumat verilib.
48 yaşlı Soleyman bu ilin mayında Naxçıvanda saxlanılıb. Etnik azərbaycanlıdır, təbrizlidir, ixtisasca həkimdir.
Qeyd edək ki, onun işi üzrə məhkəmə prosesi qapalı keçirilib.
İstintaq məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) kəşfiyyat bölməsinin əməkdaşıdır.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər