Avropa Şurasının insan hüquqları üzrə komissarı Ermənistan və Azərbaycana səfər edəcək
Tarix: 16-10-2023, 12:22
Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç oktyabrın 16-23-də Ermənistan və Azərbaycanda, o cümlədən Qarabağ regionunda səfərdə olacaq.
Civilazerbaijan.com bildirir ki, səfər zamanı münaqişədən zərər çəkən adamların hüquqları ilə bağlı vəziyyətə diqqət yetiriləcək.
Avropa Şurasının press-relizinə görə, komissar dövlət məmurları, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələrilə görüşlər keçirəcək.
Turanın məlumatında qeyd olunur ki, əfərin yekunlarına dair bəyanat dərc olunacaq.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər