Elmar Məmmədyarov "Şərq Tərəfdaşlığı" ölkələri XİN rəhbərlərinin iclasında iştirak edəcək

Xəbərin çap versiyası
Tarix: 10-04-2017, 10:49
Elmar Məmmədyarov "Şərq Tərəfdaşlığı" ölkələri XİN rəhbərlərinin iclasında iştirak edəcək


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşaya rəsmi səfərə yola düşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən SİVİL.AZ-a verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarov polşalı həmkarı Vitold Vaşçikovski və digər rəsmi şəxslərlə görüşəcək.

Polşaya səfər əsnasında azərbaycanlı nazir aprelin 12-də Varşavada keçiriləcək "Vişeqrad Qrupu" və "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

"Vişeqrad Qrupu" və "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin iclası çərçivəsində E.Məmmədyarovun ikitərəfli görüşləri və çıxışı nəzərdə tutulub.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz