Abzas Media-nın baş redaktoru Sevinc Vaqifqızı da saxlanıb
Tarix: 21-11-2023, 13:15
Abzas Media online medianın baş redaktoru Sevinc Vaqifqızı(Abbasova)xarici səfərdən Bakıya dönərkən hava limanında saxlanılıb.
Civilazerbaijan.com bildirir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat verib.
"Jurnalist Abbasova Sevinc Vaqif qızı tutulacağını bildiyi halda bu dəqiqələrdə Bakıya qayıtdı. Ona passport kontroldan qeydiyyatdan keçməyə imkan verməyiblər və bildiriblər ki, onu Bakı Şəhər Baş Polis İdarəsinə aparırlar," o deyib.
Vəkilin sözlərinə görə, ordeni olmasına baxmayaraq jurnalistlə görüşə bilməyib.
"Hava limanından həmin idarəyə gəlsə də, orderim əlimdə olsa da görüşə icazə vermirlər. 102 xidmətinə zəng vurdum, hələ ki, bir nəticə yoxdur," o bildirb.
Polis jurnalist Sevinc Vaqifqızının evində axtarış aparıb.
Müdafiə tərəfindən verilən məlumata görə, axtarışlardan sonra o, yenidən Bakı şəhər Baş Polis İdarəsinə aparılıb. Vəkil Elçin Sadıqov deyib ki, axtarış zamanı heç bir qanunsuz əşya aşkar edilməyib.
S.Vaqifqızı özü bildirib ki, bütün bu hadisələr onun jurnalist fəaliyyəti və Abzas Media-nın işi ilə bağlıdır.
Hələlik, bu deyilənlərə Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.
“Abzas Meda” onlayn medianın direktoru Ülvi Həsənliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2 maddəsi (Qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham elan edilib. Onun barəsində şübhəli şəxs kimi tutulma elan edilib. Indi onu müvəqqətii saxlama təcridxanasına aparırlar”, Ülvi Həsənlinin vəkili Zibeydə Sadıqova bildirib.
Vəkil deyib ki, ittihamın mahiyyəti qabaqcadan əlbir olan bir qrup şəxslə ölkəyə qanunsuz yolla valyuta keçirməkdir.
O, Ülvi Həsənlinin ofisində və evində axtarış aparıldığını deyib.
"Həsənlinin ofisindən 40 min avro aşkar edildi. Evindən heç nə aşkar edilmədi," Zibeydə Sadıqova deyib.
Vəkilin sözlərinə görə, Ülvi Həsənli özünü təqsirli bilmir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər