Polisin etirafı və sosial şəbəkələrdə yayılan "Qərb agentləri"nin SİYAHISI

Xəbərin çap versiyası
Tarix: 27-11-2023, 15:28


Azərbaycanda "Amerika agent şəbəkəsinin ifşası" ətrafında qalmaqal davam edir və getdikcə komik xarakter alır.

Civilazerbaijan.com
Turan İnformasiya Agentliyinə istinadla bildirir ki, hökumətyönlü KİV-də “Abzas Media” onlayn nəşrinin direktoru Ülvi Həsənlinin izlənməsinə dair videokadrlar dərc olunub. İstintaqı aparan polis jurnalistlərə qarşı küçə təqibi apardığını etiraf edir.

Məlum olduğu kimi, “Abzas Media” işi üzrə istintaq ABŞ və Qərbdə təhsil alanların hamısını "casus" və "Qərbin agent şəbəkəsi" elan edib.

Ancaq məlum olub ki, Azərbaycanın hakim elitasının mühüm hissəsi Qərbdə, əsasən ABŞ-da təhsil alıb, magistr təhsili alıb və ya kurs keçib:

1)İqtisadiyyat naziri Mikayıl Cabbarov Sakit okean Universiteti Amerika Hüquq Məktəbinin (McGeorge School of Law, University of the Pacific (Sacramento, California, US) məzunudur;

2) Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ Şərqi Karolina Universitetinin (East Carolina University, United States) məzunudur;

3) Ali Məhkəmənin sədri İnam Kərimov - Riçmond şəhərində (ABŞ) orta məktəb, Sorbon və Strasburq Universitetində ali təhsil;

4)Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev - Birminqhem Universitetinin Avropa Şurası İnsan Hüquqları proqramının məzunudur (Council of Europe ' s Human Rights and Practice Program at the University of Birmingham, UK.);

5). Səhiyyə naziri Teymur Musayev - Fransanın Lui Paster Universitetinin ( Louis Pasteur University, France) məzunudur;

6) Təhsil naziri Emin Əmrullayev Mərkəzi Avropa Universiteti və Kolumbiya Universitetinin məzunudur;

7) Diasporla İş Komitəsinin rəhbəri Fuad Muradov Avropa İttifaqının Tempus proqramı çərçivəsində Nitsa (Fransa) və Cenova (İtaliya) universitetlərində oxuyub;

8) SOCAR Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf-Kolumbiya Universiteti (ABŞ)

9) Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov -Harvard Universiteti.


Parlamentin deputatları:

10) Kamal Cəfərov-London Kinqs Kolleci (King's College London );

11) Vüqar Bayramov-Vaşinqton Universiteti

(Washington University);

12) Vahid Əhmədov- Bonn Universiteti (Bonn University);

13) Nurlan Həsənov-Almaniyanın Bremen Universiteti (Bremen University);

14) Məlahət İbrahimqızı-ABŞ Harvard Universiteti

(Harvard University);

15) Tahir Mirkişili-Oksford Universitet (Oxford University);


Prezident Administrasiyası:

16) Administrasiya rəhbəri Samir Nuriyev-ABŞ Duke Universiteti (Duke University);

17) Prezidentin Cəbrayıl-Zəngilan-Qubadlı regionundakı nümayəndəsi Vahid Hacıyev -Böyük Britaniyanın Vorvik Universiteti ( Warwick Unviersity, UK);

18) Prezidentin Qarabağdakı xüsusi nümayəndəsi Emin Hüseynov-Harvard Universiteti (Harvard University);

19) Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov - Paris Dövlət İdarəçilik İnstitutu;

20) Administrasiyanın hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov-İndiana Universiteti (İndiana University);

21) Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov-Harvard Universiteti;

22) Prezidentin xarici siyasət üzrə köməkçisi Hikmət Hacıyev-NATO Müdafiə Kolleci, Corc Marşal Mərkəzi;

23) Administrasiyanın sosial-iqtisadi şöbəsinin müdiri Xalid Əhədov-London İqtisadiyyat Məktəbi (London School of Economics);

24) Mərkəzi Bankın rəhbəri Taleh Kazımov - Corcia ştatı Universitetinin magistraturası, Harvard Biznes Məktəbi və London İqtisadiyyat Məktəbi;

25) Kənd təsərrüfatı naziri Məcnun Məmmədov - Amerika aqrobiznes proqramında təlim kursu.


Qərb ölkələrində təhsil almış onlarla orta səviyyəli dövlət orqanları işçisini bu siyahıya əlavə etmək olar.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz