Abzas Medianın daha bir əməkdaşı - jurnalist Nərgiz Absalamova həbs olunub

Xəbərin çap versiyası
Tarix: 1-12-2023, 15:39


Bu gün - dekabrın 1-də Xətai rayon məhkəməsində “Abzas Media”-nın əməkdaşı, jurnalist Nərgiz Absalamova barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə jurnalistin vəkili Şəhla Hümbətova məlumat verib.

Onun sözlərinə görə, jurnalistə qarşı "Abzas Media" rəhbərliyi ilə eyni maddə üzrə - Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törədilməsi ittihamı irəli sürülüb.

Polislər məhkəmə prosesini işıqlandırmaq istəyən jurnalistlərin fəaliyyətinə mane olub.

Qeyd edək ki, Nərgiz Absalamova noyabrın 30-u dindirilmə üçün çağırıldığı Bakı Şəhər Baş Polis İdarəsində saxlanılıb.

Noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov barəsində “qrup halında qaçaqmalçılıq” ittihamı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, “Kanal 13” onlayn televiziyasının rəhbəri Əziz Orucov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Bu barədə noyabrın 28-də Səbail Rayon Məhkəməsi qərar çıxarıb. Jurnalist Cinayət Məcəlləsinin 188.2 maddəsi (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma) üzrə ittiham olunur.

Jurnalistlər onlara qarşı irəli sürülən ittihamları rədd edirlər və həbslərinin jurnalistika fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz