Anasının ölümünü Kərimdən gizlədirlər: "Qorxuruq"
Tarix: 10-04-2017, 11:29
Bir neçə gün öncə beyninə qan sızaraq Mərkəzi Kliniki Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən tanınmış meyxanaçı Ağakərimin səhhəti barədə yeni xəbər var.
SİVİL.AZ xəbər verir ki, Lent.az-a açıqlama verən meyxanaçının bacısı oğlu Rüstəm bildirib ki, dayısı sabah xəstəxanadan evə buraxılacaq: “Allaha şükür olsun ki, Ağakərim bəyin səhhəti müsbətə doğru irəliləyir. Həkimlə danışdıq, söylədi ki, artıq sabah evə buraxılacaq. Müalicələri ev şəraitində davam etdiriləcək”.
Meyxanaçının bacısı oğlu onu da əlavə etdi ki, Ağakərim anasının ölümündən xəbərsizdir: “Sabah evə buraxılacaq. Bütün qohumlara, tanışlara xəbər vermişik, xahiş etmişik ki, bu xəbəri Ağakərim bəyə çatdırmasınlar. Qorxuruq, istəmirik, bilsin ki, anası dünyasını dəyişib. İnşallah, vəziyyəti tam yaxşı olandan sonra demək olar”.
Qeyd edək ki, meyxanaçı Ağakərimin martın 30-da beyninə qan sızıb. Meyxanaçının anası isə ötən həftənin şənbə günü dünyasını dəyişib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər