Seçki məntəqələrində jurnalistlərə işləməyə imkan vermirlər
Tarix: 7-02-2024, 15:25
Bakıda bəzi seçki məntəqələrində jurnalistlərin fəaliyyətinə çətinlik yaradıldığı bildirilir.
Civilazerbaijan.com Turana istinadla bildirir ki, 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsinin 19-cu məntəqəsində jurnalistlərlərə media reyestrində qeydiyyatlarının olmadığını əsas gətirərək çəkilişə imkan verilməyib.
29 saylı Sabunçu IV seçki dairəsinin 19 saylı seçki məntəqəsində də jurnalistlərin fəaliyyətinə maneçilik yaradılıb.
Yasamal rayonunun üçüncü seçki dairəsində Turan-ın müxbirinə 8, 13, 12 və 29-cu məntəqələrə işləməyə mane olublar.
Öz növbəsində Mərkəzi Seçki Komissiyasından Turan-a bildirilib ki, jurnalistlərə seçki gedişatını izləmək üçün media reyestrində qeydiyyat tələb edilmir: "Mərkəzi Seçki Komissiyası dəfələrlə bəyan edib ki, media seçkilərdə azad və sərbəst fəaliyyət göstərir. Jurnalistlər öz press vəsiqəsini təqdim edərək sərbəst şəkildə fəaliyyət göstərə bilərlər. Bəzən jurnalistlər vəsiqəni təqdim etmirlər və onların kim olduğunu bilmirlər deyə anlaşılmazlıq yaranır".
Mərkəzi Seçki Komissiyasında vurğulayıblar ki, qeyd olunan hallar araşdırılacaq.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər