ABŞ səfirliyinin prezident seçkiləri ilə bağlı BƏYANATI

Xəbərin çap versiyası
Tarix: 8-02-2024, 21:47


"Amerika Birləşmiş Ştatları fevralın 7-də keçirilmiş prezident seçkilərinin həqiqi rəqabətin olmadığı məhdud mühitdə baş verməsi ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) monitorinq missiyasının müşahidələrini və narahatlıqlarını bölüşür".

Civilazerbaijan.com
Amerikanın Səsi-nə istnadla bildirir ki, bu barədə fevralın 7-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı ABŞ səfirliyinin bəyanatında deyilir.

“Azərbaycan öz konstitusiyasında və beynəlxalq öhdəliklərində fundamental azadlıqların və demokratik proseslərin dəstəklənməsinə sadiqliyini ifadə edib. Biz Azərbaycanı bu öhdəlikləri və ATƏT-in DTİHB-nin əvvəlki və gələcək tövsiyələrini yerinə yetirməyə çağırırıq”, ABŞ səfirliyi qeyd edir.

Fevralın 8-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının (SMM) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı ilkin müşahidələrində deyilir ki, fevralın 7-də növbədənkənar prezident seçkiləri məhdudlaşdırıcı mühitdə keçib.

“Seçkiyə hazırlıqlar səmərəli idarə edilsə də, tənqidi səslərin boğulması və siyasi alternativlərin olmaması ilə yadda qalıb”, sənəddə qeyd edilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz