Dövlət Sərhəd Xidməti "qisas əməliyyatı” keçirdiyini bildirib

Xəbərin çap versiyası
Tarix: 13-02-2024, 13:42


Azərbaycan-Ermənistan sərhədində baş vermiş atışma nəticəsində həlak olan hərbçilərin sayı 4-ə çatıb, bir yaralı var, Ermənistan Müdafiə Nazirliyi bildirib.

Civilazerbaijan.com
bildirir ki, bazar ertəsi günü Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb ki, Zəngilan ərazisində yerləşən mövqeyinə atəş açılıb, "təxribat nəticəsində DSX-nın bir hərbi qulluqçusu yaralanıb".

Azərbaycan DSX bildirib ki, bu səhər Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirib.

"Əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub", - qurumun məlumatında deyilir.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 13-də "saat 05:30-dan başlayaraq Azərbaycan tərəfi Ermənistanın Sünik bölgəsindəki Nerkin-Hand yaşayış məntəqəsinin ərazisində yerləşən erməni mövqelərini atıcı silahlardan atəşə tutub".

Çərşənbə axşamı günü səhər saatlarında Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb ki, Azərbaycan ordusunun “Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri axşam və gecə saatlarında “atıcı silahlardan atəşə tutulub”.

Azərbaycan tərəfindən ölən və yaralananların olub-olmadığı açıqlanmayıb, Azərbaycan MN bununla bağlı BBC Azərbaycancanın sualını cavablandırmayıb.

BBC-nin məlumatında qeyd olunur ki, bu, sentyabrın 19-20-də həyata keçirilmiş "antiterror tədbirləri"ndən sonra iki ölkə sərhədində baş verən ilk atışmadır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz