Azərbaycan Ermənistana qarşı genişmiqyaslı müharibəyə hazırlaşır - NİKOL PAŞİNYAN
Tarix: 15-02-2024, 15:17
Fevralın 15-də Ermənistan hökumətinin iclasında baş nazir Nikol Paşinyan yeni müharibə anonsu verib.
Civilazerbaijan.com bildirir ki, Paşinyan Azərbaycanın Ermənistana qarşı genişmiqyaslı müharibəyə hazırlaşdığını iddia edib.
"Azərbaycan müntəzəm olaraq dörd anklav kəndinin ərazisindən danışır, lakin Ermənistanın 31 kəndinin ərazisini zəbt etdiyini etiraf etməkdən imtina edir", - o deyib.
Ermənistan sərhədin xəritələrdə, sonra isə yerdə çəkilməsini və qarşılıqlı olaraq qoşunların çıxarılmasını təklif edir. Lakin Bakı Azərbaycan qoşunlarının Ermənistanın işğal olunmuş 31 kəndindən çıxmaması üçün hər şeyi edir, Paşinyan deyib.
Azərbaycan getməkdən imtina edir və bunun ancaq bir səbəb ola bilər - sərhədin bəzi hissələrində hərbi əməliyyatların başlanması, hərbi eskalasiyanı Ermənistana qarşı tammiqyaslı müharibəyə çevirmək perspektivi. "Bu niyyət rəsmi Bakının bütün bəyanatlarında və hərəkətlərində oxunur", - Paşinyan deyib.
Turanın məlumatında qeyd olunur ki, Ermənistan hökumətinin siyasəti ondan ibarətdir ki, hadisələrin bu cür inkişafının qarşısını almaq üçün fəal danışıqlar yoluyla mümkün olan hər şeyi etsin, eyni zamanda, Ermənistanın bütün qanuni maraqlarını qətiyyətlə müdafiə etsin, Paşinyan deyib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər