Nyu York Vəkillər Kollegiyasından Qubad İbadoğlu ilə bağlı BƏYANAT

Xəbərin çap versiyası
Tarix: 22-02-2024, 13:54


Çərşənbə günü Nyu York Vəkillər Kollegiyası Azərbaycanda görkəmli müxalif siyasətçi, məşhur iqtisadçı və alim Qubad İbadoğlunun əsassız həbsini və tibbi yardımdan məhrum edilməsini qətiyyətlə pisləyib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Turan-ın Vaşinqtondakı müxbiri məlumat verib.

Assosiasiya öz bəyanatında Bakı hakimiyyətini "müstəsna olaraq qanuni hüquqlarını həyata keçirdiyinə və demokratik fəaliyyətinə görə" cəzaya məruz qalan İbadoğlunu dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb.

Hakimiyyət İbadoğlunun fiziki toxunulmazlığına, habelə tibbi və psixoloji rifahına zəmanət verməli və ölkədə hüquq müdafiəçilərinin təqibi, təhdidi və əsassız həbsi faktlarına son qoymalıdır, deyə bəyanatda bildirilir.

2017-ci ildən etibarən İbadoğlu Azərbaycanın hüdudlarından kənarda yaşayıb, o, ölkə hakimiyyətinin yüksək eşelonlarında korrupsiya faktlarının ifşası fəaliyyətinə görə "siyasi sürgünə" getmək məcburiyyətində qalıb.

Ötən ilin iyununda İbadoğlu xəstə olan anasına baş çəkmək üçün Azərbaycana qayıdıb. Bir ay sonra o və həyat yoldaşı polis tərəfindən zorakılıq tətbiq edilərək saxlanılıb. İbadoğlu saxta valyuta və ekstremist dini ədəbiyyat saxlama haqqında qondarma ittihamlarla həbs edilib, deyə sənəddə bildirilir.

Nyu York Vəkillər Kollegiyası BMT-nin hüquq müdafiəçiləri məsələsi üzrə Xüsusi Məruzəçisini və İnsan Hüquqları Şurasının digər nümayəndələrini Azərbaycan hökumətinə "BMT-nin İnsan Hüquqları Bəyannaməsi çərçivəsində öhdəliklərini təsdiq etmək" və azərbaycanlı hüquq müdafiəçilərinin öz fəaliyyətlərini hər hansı maneə və təzyiq olmadan həyata keçirə bilməsini təmin etmək çağırışı ilə birgə məktub göndərməyə çağırır, deyə bəyanatda qeyd edilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz