Mövlud Çavuşoğlunun Praqaya səfəri gözlənilir

Xəbərin çap versiyası
Tarix: 12-04-2017, 01:00
Mövlud Çavuşoğlunun Praqaya səfəri gözlənilir


HlídacíPes.org serveri bu gün Çexiyanın Xarici İşlər Nazirliyinə istinadla bildirib ki, çex diplomatları Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Praqaya səfərinə hazırlaşırlar.

Ölkənin xarici siyasət idarəsinin mətbuat katibi Mixaela Laqronova ÇTK informasiya agentliyinə bildirib ki, səfərin tarixi Ankara ilə razılaşdırılandan sonra Çexiya XİN bu barədə daha ətraflı məlumat verəcək.

Kürdlərin YPG terrorçu təşkilatı ilə əlbir olmaqda şübhə doğuran iki Çexiya vətəndaşının Türkiyədə saxlanması məsələsi Çexiya-Türkiyə danışıqlarında mühüm mövzu olacaq. Bu iş üzrə məhkəmə prosesi mayın 10-da başlanacaq. Praqa və Ankara bu məsələ ilə yanaşı Yunus Emre İstilik Elektrik Stansiyasının tikintisinə dair Çexiya-Türkiyə layihəsi problemini də müzakirə edəcəklər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz