19 məmur saxlanıldı - Rüşvətə görə

Xəbərin çap versiyası
Tarix: 11-04-2017, 21:00
19 məmur saxlanıldı -


Moldovada hökumət və dövlət orqanlarında aparılan yoxlamalar zamanı 19 məmur saxlanılıb.

SİVİL.AZ xəbər verir ki, Trend-in məlumatına görə, yoxlamalar korrupsiya ilə mübarizə çərçivəsində həyata keçirilib.

Məlumatda qeyd olunur ki, saxlananlar arasında 3 mer, 1 nəfər meriyanın mühasibi, bundan başqa lisey, gimnaziya direktorları, eləcə də şirkət rəhbər və əməkdaşları var.

Saxlanan məmurlar rüşvət almaqda və tenderlərin keçirilməsi zamanı qanun pozuntularında şübhəli bilinirlər.

Axtarışların davam etdirildiyi barədə məlumat verilib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz