Rusiya Prezidenti ABŞ-ın dövlət katibi ilə görüşüb
Tarix: 12-04-2017, 22:40
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin aprelin 12-də Moskvada Amerika Birləşmiş Ştatlarının dövlət katibi Reks Tillerson ilə görüşüb.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Görüşün təfərrüatları barədə məlumat verilmir.
Xatırladaq ki, Prezident Vladimir Putinlə görüşdən əvvəl dövlət katibi Reks Tillerson və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında beş saata yaxın davam edən danışıqlar olub.
Yaxın saatlarda hər iki ölkənin xarici siyasət idarələrinin rəhbərlərinin birgə mətbuat konfransının keçirilməsi gözlənilir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər