İsrail hərbçiləri Livanda qalacaq - NETANYAHU
Tarix: Bu gün, 10:48
İsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, ABŞ və İranın təzyiqlərinə baxmayaraq, İsrail hərbçiləri Livanda qalacaqlar. "The Times of Israel" nəşrinin yazdığına görə, baş nazir bu barədə İsraildə yeni avtomobil yolunun açılış mərasimində danışıb.
Civilazerbaijan.com bildirir ki, Netanyahunun sözlərinə görə, İsrail qoşunları Livanın cənubundan çıxarılmayacaq və "İsrailin təhlükəsizlik ehtiyacları tələb etdiyi müddətdə" həmin ərazidə təhlükəsizlik zonasını qoruyacaqlar.
İyunun 17-də ABŞ və İranın İsrailin iştirakı olmadan imzaladığı anlaşma memorandumu Livan da daxil olmaqla hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur. İyunun 18-də "Reuters" agentliyi yüksək vəzifəli israilli rəsmiyə istinadla xəbər verib ki, Təl-Əviv Livanın cənubunda İsrail qoşunlarının mövqelərini saxlamaq üçün Ağ evlə "çətin" danışıqlar aparır.
İyunun 15-də İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bildirib ki, Vaşinqton ilə Tehranın əldə etdiyi razılaşmalar İsrail üzərinə heç bir öhdəlik qoymur. Onun sözlərinə görə, İsrail yalnız "Hizbullah" təşkilatının tam məhvinə razılaşa bilər və İsrail qoşunları nəzarətə götürdükləri ərazilərdə qalacaqlar.
ABŞ və İsrail "Hizbullah"ı terror təşkilatı kimi tanıyır. Avropa İttifaqı isə onun yalnız hərbi qanadını qara siyahıya salıb.
"Axios" iyunun əvvəlində yazmışdı ki, ABŞ prezidenti Donald Tramp telefon danışığı zamanı Livandakı hərbi əməliyyatlara görə Netanyahunu sərt tənqid edib. Nəşrin ABŞ-dəki mənbəsinin iddiasına görə, Tramp hesab edib ki, İsrailin hərəkətləri ABŞ-İran danışıqlarına təhlükə yarada bilər.
İsrail baş nazirinin ofisi isə açıq bəyan edib ki, ölkənin mövqeyi dəyişməz olaraq qalır, AzadlıqRadiosunun məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər













