Məşhur türk müğənnisi vəfat etdi

Xəbərin çap versiyası
Tarix: 15-04-2017, 12:17
Məşhur türk müğənnisi vəfat etdi


Türkiyənin tanınmış sənət musiqisi ifaçısı Handan Kara 78 yaşında dünyasını dəyişib.

SİVİL.AZ-ın xəbərinə görə Türkiyə mətbuatı bildirir ki, Handan Kara uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkirmiş.

Müğənninin cənazəsi sabah Ortaköy Məzarlığında dəfn ediləcək.

1939-cu ildə İstanbulun Bakırköy ərazisində doğulan sənətçi ötən əsrin 70-ci illərində şöhrət qazanıb. Əsasən Yeşilçam filmlərinin musiqisini səsləndirib. Bundan başqa, 1971 və 1972-ci illərdə çəkilmiş "Ver Allahım Ver" və "İşte Deve, İşte Hendek" adlı filmlərdə özünü aktrisa kimi sınayıb

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz