Fransa prezidentliyinə namizəd: “Mənim Rusiyaya borcum yoxdur”

Xəbərin çap versiyası
Tarix: 16-04-2017, 02:00
Fransa prezidentliyinə namizəd: “Mənim Rusiyaya borcum yoxdur”


Fransanın keçmiş iqtisadiyyat naziri, ölkə prezidentliyinə namizəd Emmanuel Makron vəd verib ki, prezident seçiklərində qələbə çalacağı təqdirdə Rusiya lideri Vladimir Putini ona hörmətlə yanaşmağa “məcbur edəcək”.

“Başqalarından fərqli olaraq, nail olacağam ki, Putin mənə hörmətlə yanaşsın, çünki Rusiyaya borcum yoxdur”, - virtualaz.org bildirir ki, Makron bunu “Jeune Afrique” nəşrinə müsahibəsində deyib.

Prezidentliyə namizədin sözlərinə görə, seçkiləri qazanacağı halda Putinə qətiyyətlə bildirəcək ki, Suriya və Ukraynadakı münaqişələrin tənzimlənməsi üzrə dialoqa hazırdır.

O, sözlərinə əlavə edib ki, Almaniya ilə müştərək olaraq, “Rusiya öhdəliklərini yerinə yetirdikcə” həmin ölkəyə qarşı tətbiq edilmiş sanksiyaları aradan qaldıracaq və Rusiya ilə Avropa İttifaqı arasında siyasi və iqtisadi tərəfdaşlığı inkişaf etdirəcək.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz