ABŞ Suriyaya desantlar göndərib - Məxfi əməliyyat

Xəbərin çap versiyası
Tarix: 17-04-2017, 17:52
ABŞ Suriyaya desantlar göndərib -


ABŞ-ın rəhbərliyi etdiyi koalisiya qüvvələri Suriyanın Deyr-əz–Zor şəhəri yaxınlığında desant qoşunları yerləşdirib.

SİVİL.AZ AzVision.az-a istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, hərbi əməliyyat İŞİD-in nəzarətində olan şəhərin şərq hissəsində həyata keçirilib. Desantlar əraziyə “Apache” helikopterləri ilə gətirilib.

Ümumilikdə hərbi əməliyyatda onlarla insan iştirak edib. Əməliyyatın əsas məqsədi İŞİD-in təminat məntəqələri və silah anbarını məhv etmək olub.

Əməliyyatın başlamasından 20 dəqiqə sonra hərbçilər ərazini tərk edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz