Türkiyə XİN: ATƏT-in rəyi qəbuledilməzdir
Tarix: 17-04-2017, 21:47
ATƏT-in Türkiyədə keçirilmiş referendumla bağlı verdiyi rəyi qəbuledilməzdir.
SİVİL.AZ xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə Türkiyə xarici işlər nazirliyinin açıqlamasında bildirilir.
“Referendumun beynəlxalq standartlara uyğun olmadığını demək qəbuledilməzdir”, məlumatda bildirilir.
Türkiyə XİN-in bəyanatında həmçinin bildirilir ki, ATƏT-in müşahidə missiyası referendumun qiymətləndirilməsində kifayət qədər obyektiv və qərəzsiz ola bilməyib.
Qeyd edək ki, ATƏT Türkiyədə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumun Avropa Şurası standartlarına uyğun olmadığını bəyan edib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər