Üç ay ərzində Ermənistanı 20 mindən çox insan tərk edib

Xəbərin çap versiyası
Tarix: 18-04-2017, 13:51
Üç ay ərzində Ermənistanı 20 mindən çox insan tərk edib


Ermənistanda miqrasiya qarşısıalınmaz problemə çevrilib. İlin ilk üç ayında işğalçı ölkəni 20 mindən çox insan tərk edib, 230 nəfər vətəndaşlıqdan imtina ərizəsi yazıb.

SİVİL.AZ xəbər verir ki, “Hetq Armenia” televiziyasının təqdim etdiyi reportajda bildirilir ki, ölkədə əksər ailələr uşaqlarını ağır şəraitdə böyüdürlər. Hökumət işsiz və imkansız vətəndaşlar üçün heç bir sosial layihə həyata keçirmir. Xaricdən yardımlar olmasa, vəziyyət daha kəskin həddə çata bilər.

Statistikaya əsasən Ermənistanda əksər ailələrin aylıq gəliri 40 min dramı keçmir. Həmin məbləğ isə bir nəfərin yaşaması üçün belə kifayət deyil. Bu cür ailələrin sayı hər ay artır.

Ağır həyat şərtlərinə dözə bilməyən insanlar çıxış yolunu başqa ölkələrə sığınmaqda görürlər. Son statistik məlumata əsasən 2008-ci ildən bəri Ermənistanı 430 min nəfər tərk edib. Bunun da 20 mini bu ilin üç ayının payına düşür.

Erməni iqtisadçı Vahaqn Xaçatryan deyib ki, bu qədər vətəndaşın xaricə köçməsi mənfi nəticələr verəcək. Ötən il ölkəni 54 min nəfər tərk edib və onlardan 43 min 438-i geri dönməyib. Bu da onu göstərir ki, insanlar xaricə daimi yaşamağa gedirlər. Çünki ölkədə işsizlik ən qorxulu bəladır. Belə şərtlər altında heç kim yaşamaq istəməz. (AZƏRTAC)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz