ATƏT-in baş katibi Lavrovla Qarabağ məsələsini müzakirə edəcək

Xəbərin çap versiyası
Tarix: 20-04-2017, 01:00
ATƏT-in baş katibi Lavrovla Qarabağ məsələsini müzakirə edəcək


ATƏT-in baş katibi Lamberto Zanyer aprelin 26-da Moskvaya səfər edəcək.

SİVİL.AZ xəbər verir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində ATƏT rəsmisinin Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü olacaq.

Görüşdə ATƏT regionundakı münaqişələrin nizamlanması müzakirə olunacaq.

Rusiya XİN sözçüsü görüşdə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunacağını da söyləyib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz