Yunanıstanın paytaxtında partlayış baş verib

Xəbərin çap versiyası
Tarix: 20-04-2017, 00:40
Yunanıstanın paytaxtında partlayış baş verib


Yunanıstanın paytaxtı Afinada partlayış baş verib.

SİVİL.AZ-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident “Eurobank”-ın şöbəsində qeydə alınıb.

Məlumata əsasən, yerli vaxtla saat 22:00 radələrində naməlum şəxs xəbər saytına zəng edərək yarım saatdan sonra “Eurobank”da partlayışın baş verəcəyini bildirib.

Partlayış nəticəsində bankın ofisinə və yaxınlıqdakı binalara ziyan dəyib. Zərərçəkənlər barədə məlumat verilmir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz