Bu ölkədə prezidentliyə namizəd yoxdur
Tarix: 20-04-2017, 10:36
Albaniyanın baş naziri Edi Ramanin başçılıq etdiyi hakim partiya prezident seçkilərində səsvermənin birinci mərhələsində heç kimin namizədliyini irəli sürməyib.
SİVİL.AZ "Trend"ə istinadən xəbər verir ki, namizəd olmadığından ölkə Parlamenti yeni prezidenti seçə bilməyib.
Parlamentin sədri İlir Meta bununla bağlı deyib: "Biz müxalifətlə dialoq aparmaq və Albaniyanın bütün siyasi qüvvələrlə konsensus əldə etmək arzusunda olduğumuzu nümayiş etdirmək məqsədilə prezidentin seçilməsi ilə bağlı namizədlər təklif etməmişik".
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər