Parisdə baş vermiş atışmada bir polis əməkdaşı həlak olub, digəri yaralanıb

Xəbərin çap versiyası
Tarix: 21-04-2017, 00:12
Parisdə baş vermiş atışmada bir polis əməkdaşı həlak olub, digəri yaralanıb


Fransa paytaxtında silahlı insident olub.

"Reuters"in verdiyi məlumata görə, silahlı şəxs polisləri atəşə tutub.

Atışma zamanı bir polis ölüb, digəri yaralanıb.

Cavab atəşi ilə silahlı zərərsizləşdirilib.

Hadisə Parisin mərkəzində, “Yelisey çölləri” adlanan küçədə qeydə alınıb.

Polisin məlumatında insidentin terror aktı olub-olmadığı bildirilmir.

Hazırda ərazidə araşdırmalara başlanılıb, şəhərdə antiterror əməliyyatlarının başlanacağı istisna edilmir.

Sakinlərə həmin ərazilərə çıxmamaq məsləhət görülür.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz