ABŞ-ın Fransadakı səfirliyinin mühafizəsi gücləndirilib

Xəbərin çap versiyası
Tarix: 21-04-2017, 01:51
ABŞ-ın Fransadakı səfirliyinin mühafizəsi gücləndirilib


ABŞ-ın Fransadakı səfirliyinin mühafizəsi gücləndirilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hazırda “Yelisey çölləri” prospektində yerləşən səfirliyin əsas girişinin qarşısında polislərlə dolu 4 mikroavtobus durub, diplomatik nümayəndəliyin mühafizəçilərinə isə avtomat silahlar verilib.

Qeyd edək ki, bundan əvvəl iki polisin ölməsi, daha birinin yaralanması ilə nəticələnən atışmanın baş verdiyi ərazidə ictimai yerlərdən sakinlərin təxliyəsi davam etdirilir.

Atəş açanlardan biri məhv edilib, digəri isə hadisə yerindən qaçıb. Onun axtarışları davam etdirilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz