Rusiya FTX İdarəsinə hücum: ölənlər var

Xəbərin çap versiyası
Tarix: 21-04-2017, 14:17
Rusiya FTX İdarəsinə hücum:


Aprelin 21-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Xabarovsk vilayəti üzrə idarəsinə silahlı basqın olub.

SİVİL.AZ xəbər verir ki, naməlum şəxs texniki nəzarət zonasını keçmədən qəbula gələnlərə atəş açıb. FTX-nin bir əməkdaşı və qəbula gəlmiş iki nəfərdən biri həlak olub, digəri yaralanıb.

Qəbula gələnlərin MDB ölkələrindən birinin vətəndaşları olduğu bildirilir.

Silahlı şəxs zərərsizləşdirilib.


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz