Ermənistanda hökumət binası qarşısında etiraz aksiyası keçirilir
Tarix: 21-04-2017, 18:09
Ermənistanda hökumət binası qarşısında etiraz aksiyası keçirilir.
SİVİL.AZ-ın APA-ya istinadən verdiyi məlumata görə, İrəvandakı yarmarkalarda çalışan yüzlərlə vətəndaş binanın qarşısına toplaşaraq əvvəlki rejimdə işləməyə icazə verilməsini tələb edir.
Etirazçılar bildirirlər ki, vergi müfəttişləri onlara qarşı terror həyata keçirir, satılan mallar barədə hesabat tələb edirlər. Qeyd olunub ki, müfəttişlər yarmarkalarda qorxu atmosferi yaradırlar.
Aksiya iştirakçıları baş nazirlə görüş tələb edirlər.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər