Lavrov və Tillerson arasında telefon danışığı olub
Tarix: 22-04-2017, 00:30
Rusiya XİN rəhbəri Serqey Lavrov və ABŞ dövlət katibi Reks Tillerson arasında telefon danəşığı olub.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı tərəflər Suriya məsələsini və ikitərəfli münasibətləri müzakirə ediblər.
"Serqey Lavrov ABŞ-ın Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatında Rusiyanın Suriyanın Xan-Şeyhun şəhərində kimyəvi silahdan istifadə edilməsi ilə əlaqədar ekspertlər tərəfindən araşdırmanın aparılması təklifinə qarşı çıxmasına təəssüfləndiyini bildirib", - məluamtda deyilir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər