İtaliya baş naziri: İtaliya Avropa Ittifaqını tərk etməyəcək
Tarix: 22-04-2017, 04:00
İtaliya Avropa İttifaqını (Aİ) tərk etməyəcək, lakin çox şey dəyişilməlidir.
SİVİL.AZ xəbər verir ki, Trend-in məlumatına görə, bunu İtaliyanın baş naziri Paolo Centiloni "Washington Post"a verdiyi müsahibəsində deyib.
Centiloni qeyd edib ki, Avropa İttifaqı qaçqınlar məsələsinin həllinə dair alternativ strategiya hazırlamalıdır: "Bizə alternativ strategiya lazımdır. Liviyaya gələn qaçqınların öz ölkələrinə qaytarılması üçün biz siyasi tədbirlər üzərində işləyirik".
Baş nazirin sözlərinə görə, hazırda qaçqınlar probleminin həlli üçün "çox az iş görülüb".
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər