Ermənistanda rusiyalı hərbçini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Xəbərin çap versiyası
Tarix: 22-04-2017, 22:44
Ermənistanda rusiyalı hərbçini qətlə yetirməkdə şübhəli bilinən şəxs


Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən bazasının hərbçisini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Cənub Hərbi Dairənin mətbuat xidmətindən bildirilib.

“Rusiya hərbçisinə hücum edən şəxs Gümrü şəhərinin polis əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, qətl məişət zəminində törədilib”, - deyə mətbuat xidmətindən bildirilib.

Xəbər verildiyi kimi, qətlə yetirilən hərbçinin müqavilə əsasında xidmət çəkən 21 yaşlı Dmitri Yalpayev olduğu müəyyən edilib. Onun meyiti şəhərdə yerləşən hərbi bazanın yaxınlığındakı mağazanın qarşısında aşkarlanıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz